Əks-proqram mühəndisliyinin elmi-nəzəri əsasları araşdırılır
İnformasiya Texnologiyaları İnstitutunda əks-proqram mühəndisliyinin elmi-nəzəri əsasları araşdırılır.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, proqram təminatının əks-mühəndisliyi (Software Reverse Engineering) orijinal mənbə proqramına əlyetərlilik olmadıqda mövcud proqram kodunu təhlil edərək onun daxili funksiyalarını araşdırır. Bu proqramın tətbiq edilməsinin əsaslarına köhnəlmiş sistemlərə xidmət, funksiyaların təkmilləşdirilməsi və genişləndirilməsi, sistemin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, eləcə də səmərəliliyin artırılması aiddir. Məqsəd boşluqları aşkar etmək, proqram təminatının iş prinsipini başa düşmək, düzəlişlər etmək və yeniləmək üçün sistemin, qurğunun və ya proqram təminatının müəyyən bir hissəsinin dizaynı, funksiyaları və reallaşdırılmasının analizi və anlaşılmasıdır.


10.07.2024 | 13:50