Kitabxana işinin təşkilinə dair təlimlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlər keçirilir. 

 

BŞTİ və Respublika Elmi Pedaqoji Kitabxanasının (REPK) birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi iştirakçıları kitabxana işinin düzgün təşkili baxımından istiqamətləndirmək və onları müasir texnologiyalarla tanış etməkdən ibarətdir.

 

Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarəolunması, İKT-dən istifadə üsulları və proqram təminatı barədə məlumatlar verilir, müzakirələr aparılır.

 

Qeyd edək ki, təlimlərin sonunda kitabxanaçıların yekun qiymətləndirilməsi aparılacaq.

 



16.11.2018 | 13:24