Orxan Abbasov: Bu il 20 min uşağın icma əsaslı qruplara cəlb edilməsi gözlənilir

"Bu il 20 min uşağın icma əsaslı qruplara cəlb edilməsi gözlənilir".

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, cəmiyyət üçün keyfiyyətli, faydalı şəxsin formalaşmasının təməli məhz məktəbəqədər təhsil müəssisəsindən başlayır. Elə bu məqsədlə də erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması əsas hədəfimizdir.

 

Məktəbəqədər təhsil müəssisələrinin olmadığı ərazilərdə bağça yaşlı uşaqlar üçün icma əsaslı qruplar yaradılır. Bu il 20 min uşağın icma əsaslı qruplara cəlb edilməsi gözlənilir. Müvafiq qrant proqramına əsasən dövlət-özəl əməkdaşlığının 1500 uşağı əhatə etməsi gözlənilir. Ümumilikdə, 16 alternativ layihə bu il 500-dən çox uşağı əhatə edib.



09.07.2024 | 12:20