Orxan Abbasov: Lisey və gimnaziyalara qəbul imtahanında 22 minə yaxın uşaq minimal keçid balını toplayıb | |
”Bir sıra lisey və gimnaziyalara qəbul imtahanında 22 minə yaxın uşaq minimal keçid balını toplayıb”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, lisey və gimnaziyaların seçimi prosesi yekunlaşmaq üzrədir.
"21, 22, 23 iyun tarixlərində 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirildi. İmtahanda 26 min 518 nəfər iştirak etdi. 21 min 684 nəfər 10 baldan yüksək, 1610 şagird isə 40 baldan yüksək nəticə göstərib. Hazırda minimum 10 ballıq nəticəyə malik şagirdlərin lisey seçimi yekunlaşmaq üzrədir. Bu mərhələdə şagirdlərə 3 lisey seçmək hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil. Proses yekunlaşdıqdan sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil".
|
|
09.07.2024 | 12:20 | |
|
|
|