Bağça müdiri və tərbiyəçi-müəllimlərdən ibarət 6000 nəfərə təlimlər keçirilib | |
“Məqsəd məktəbəqədər təhsil sistemində çalışan pedoqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsidir”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu il ərzində 3500 nəfər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Agentliyin əsas məqsədlərindən biri məktəbəqədər təhsil sistemində çalışan pedoqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsidir. İndiyədək bağça müdiri və tərbiyəçi-müəllimlərdən ibarət 6000 nəfərə təlimlər keçirilib.
Qeyd edək ki, təkcə bu il ərzində 3500 nəfər üçün ARTİ tərəfindən təlimlərin təşkil edilməsi nəzərdə tutulub. |
|
09.07.2024 | 12:08 | |
|
|
|