Orxan Abbasov: Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi ilə bağlı çərçivə sənədi hazırdır
“Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırdır”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
 
O bildirib ki, diaqnostik qiymətləndirmə ilin sonunadək keçiriləcək:
 
"Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb. Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı ilə çərçivə sənədi müzakirə olunub. Bu ayın sonunadək iki sınaq imtahanı keçiriləcək. Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən çərçivə sənədi ilə bağlı vebinarlar təşkil ediləcək".


09.07.2024 | 12:06