Düzgün ixtisas seçimi necə aparılmalıdır və gələcəyin sahələri hansılardır? - Ekspert rəyi | |
Artıq qəbul imtahanlarının əsas hissəsi demək olar ki, başa çatıb, abituriyentlər balları ilə məlumatlıdırlar. Daha ciddi bir mərhələ bundan sonra başlayır. İmtahanda iştirak edib müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur.
Doğru ixtisas seçiminin necə aparılmalı olmasına dair təhsil eksperti Kamran Əsədov "Azərbaycan müəllimi"nə açıqlama verib. O bildirib ki, bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
"Əvvəlcə abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirəm. Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eynidir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti DİM tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər. Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 35 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 185 nəfər göstərib. Bu zaman həmin 185 nəfərdən ən yüksək bal toplayan 35 abituriyent bu ixtisasa qəbul edilir və 35- ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur. Vacib bir məsələni bildirmək istəyirəm ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları ilə də maraqlanmalıdırlar. Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Qeyd etdiyim kimi ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.
Kamran Əsədov əlavə edib ki, bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir:
"İlk növbədə qeyd edim ki, pandemiya dövrü əmək bazarında ehtiyac olan yeni ixtisasları tələb etdi. Pandemiya dövründə bütün idarəetmənin onlayn rejimə kəçməsi gələcəkdə bu istiqamətdə ixtisaslara daha çox ehtiyacın olacağını qaçılmaz edir. Pandemiya və fövqəladə vəziyyətlərdə insanlar evdə qalırlar. Bu dövrə onlar həm işlərini görmək, həm də asudə vaxtlarını keçirmək üçün komputer və onunla oyunlara daha çox vaxt ayırırlar ki, gələcəkdə də ehtiyac olunan ixtisaslardan biri "Kompüter oyunu dizaynı" ixtisasıdır. Dövrümüzdə oyun dizaynı tələbələri 2010-cu ildə 55.5 milyard dollardan 2021-ci ildə 92.4 milyard dollara çatması gözlənilən bir sektora qatılır. “Becker College” qonşusu “Worcester Polytechnic Institute” ilə birlikdə gələcəyin oyun dizaynerləri üçün ən məşhur bir ünvan vəziyyətindədirlər. Digərləri isə “DePaul University”, “Michigan State University” və “Rochester Institute of Technology”dir. DePaulun Proqramlaşdırma və Rəqəmsal Media bölümü dekan köməkçisi Lucia Dettori “Bu vəziyyət xilasedici, əsgər və təşkilati işçiləri öyrətmə tərzimizi, alver şəklimizi və məhsulların bizə təqdim edilmə formasına da təsir edir".
Ekspert qeyd edib ki, bu hissənin məzunları oyun istehsalı, inkişaf etdirməsi, dizaynı, sənəti, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışır. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibbdə, hüquqda və interaktiv simulyasiyası istifadə edildiyi digər sektorlarda da işləyə bilirlər:
"Enerji, su, yemək və iqlimin əsrin problemlərini meydana gətirdiyi dövrümüzdə ekoloji işlər sahəsindəki proqramlar gedərək yayılır. Məsələn, University of Wisconsin-Madisondakı tələbələr artıq ya ekoloji araşdırmalar ya da ətraf elmləri sahələrində təhsil alır. Ekoloji işlər tələbələrin sağlamlıq, qida və kənd təsərrüfatı, enerji, bio-müxtəliflik, iqlim, tarix və mədəniyyət, torpaq istifadəsi və siyasət dərsləri arasından seçim etməsini tələb edən fənlərarası bir dərəcədir. Yüksək Təhsildə Davamlılığın İnkişaf Etdirilməsi Dərnəyinə görə ekoloji işlərlə əlaqədar sahələrdən olan və bioloji sistemlərin müxtəlifliyini və məhsuldarlığını davam etdirməyə yönəlmiş davamlılıq sahəsində (aralarında Arizona State University, Pennsylvania State University, University of Kentucky və University of Oklahomanın da olduğu) 35-ə qədər ABŞ universiteti bakalavr dərəcəsi təklif edir. Pandemiya dövrü Səhiyyə informasiyası və ya İnformasiya rəhbərliyi ixtisasına zəruri tələbatın olduğunu göstərdi. Sağlamlığı yaxşılaşdırmaq və ödənişləri idarə etmək üçün məlumatın alınmasına, idarə olunmasına və istifadə edilməsinə köməkçi olan işçilər üçün bu böyük bir ehtiyacdır. Səhiyyə İnformasiyası və İnformasiya Təhsili Akkreditasiya Komissiyasına görə University of Washington, Temple University, University of Illinois-Chicago və Weber State University də daxil hazırda 54 akkreditasiyalı bakalavr təhsili proqramı var. Amerikan Tibb İnformasiya Dərnəyi önümüzdəki 5 ilə 7 il içində bu sahədə 50 mindən çox işçiyə ehtiyac olacağını nəzərdə tutmaqdadır. Ölkənin ən köhnə proqramlarından birinə ev sahibliyi edən College of St. Scholasticanın səhiyyə məlumatı rəhbərliyi hissəsindən bakalavr dərəcəsini qısa müddət əvvəl alan Heather Hodgsona görə bu bölüm “birbaşa xəstə münasibətlərinə öyrəncəli olmayanlar üçün” yaxşı bir karyera seçimidir. Hodgson Biomedikal ana dərslər olan anatomiya, fiziologiya, tibbi terminologiyanın yanında kompüter dərsləri, rəhbərlik informasiya sistemləri və sistem analizi və dizaynı dərslərini də almışdır. Mütəxəssislik dərsləri proqramın tamamlayan tərəflərdir".
K.Əsədov qeyd edib ki, pandemiya dövründə bütün xidmətlərin onlayn formada həyata keçirilməsi "İnformasiya təhlükəsizliyi" və ya "Virtual təhlükəsizlik" ixtisasına tələbatı zəruri edir:
"ABŞ Milli Təhlükəsizlik Təşkilatı köhnə informasiya təhlükəsizliyi texniki direktoru Dickie Corc virtual təhlükəsizlik və ya informasiya təhlükəsizliyi mövzularında iş tələbinin “son on ildə 10 qat artdığını” ifadə edir.
Milli Təhlükəsizlik Təşkilatı Daxili Təhlükəsizlik hissəsiylə birlikdə İnformasiya təhlükəsizliyinə Akademik Mükəmməliyyət Milli Mərkəzlərini dəstəkləyərək bu mərkəz vasitəsilə tələbələrə ölkənin informasiya infrastrukturundakı zəiflikləri təyin etmə və təmir etməyi öyrətmək üçün lazımlı standartları qarşılayan məktəbləri müəyyənləşdirir. Mississippi State University, University of Tulsa, Dartmouth College və Carnegie Mellon University bakalavr proqramı təqdim edən 166 təşkilatın arasında iştirak edən müvəffəqiyyət mərkəzləridir. İnformasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən və təşkilati casusluqlardan qorumaq üçün lazımlı olan texniki mövzuları öyrənər. Tələbələr fərqli müəssisə modellərini, gizlilik və təhlükəsizlik protokollarını öyrənmək üçün E-ticarət dərslərinin yanında kompüter cinayətləri və məhkəmə informasiya dərsləri də ala bilməkdədir. Tələbələr eyni zamanda müasir informasiya sistemlərini planlamağı, analiz etməyi, dizayn və tətbiqi də öyrənir".
Ekspertin fikrincə gələcəyin ehtiyac duyulası ixtisaslarından biri də nanotexnologiyadır. Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir.
"Nano vəsaitlər hal-hazırda qolf dəyənəklərinin, xizək vəsaitlərinin, avtomobil parçalarının və dental implantların gücləndirilməsinə köməkçi kimi istifadə edilməkdədir və gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasına köməkçi olmaları gözlənilir. Nanotexnologiya əsaslı dərmanlar toksik dərmanları birbaşa şişlərə göndərməyi vəd etməkdə və bu texnologiya daha enerji qənaətli yanacaq hüceyrələrinin, günəş panellərinin, batareyaların hazırlanmasında və ətraf təmizliyində əsas rol oynaya biləcək mövqedədir. Bu sektorun 2015-ci ilə qədər qlobal miqyasda 2.4 trilyon dollarlıq bir böyüməyə çatması və 2023-ci ilə qədər də 2 milyon insana məşğulluq təmin etməsi gözlənilir. University at Albany-SUNY ölkənin ilk nanotexnologiya magistratura proqramını 2004-cü ildə başlatmış və 2010-ci ildə isə iki bakalavr dərəcəsi açmışdır. Bu dərəcələr tələbələri magistraturaya, nano əsaslı sektorlara və ya əsas araşdırmalara; fiziki elmlər, vəsait elmi, fizika, biofizika, kimya və ya biokimya sahələrindəki işlərə hazırlamaqdadır. Oxşar ixtisaslar açan məktəblər arasında Drexel University, Louisiana Tech University və University of Central Florida iştirak etməkdədir".
Nəzrin XƏLİLOVA
|
|
09.07.2024 | 11:12 | |
|
|
|