BANM tələbələri Tümendə startap yarışmasının qalibi olublar
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Calling Fire on Us” beynəlxalq startap müsabiqəsində “Yüksək potensial” nominasiyasının qalibi olublar.
 
BANM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, qalib tələbələr informasiya təhlükəsizliyi ixtisasının tələbələri Roman Tolstoşeyev, Azər Sadıxzadə və Elnur Bədəlovdur. Onlar Tümen Sənaye Universitetində ən yaxşı tələbə startap komandası adı uğrunda yarışıblar. Nəticədə “Cybersecurity awareness infrastructure with real-time competitions and ai-driven education system” layihəsi ilə qalib gəliblər.
 
Müsabiqəyə Azərbaycanla yanaşı, Çin, İraq, Şri-Lanka və Türkmənistandan 120 komanda qatılıb.


08.07.2024 | 14:12