Beynəlxalq Məktəb İdmanı Federasiyasının nümayəndələri ilə görüş keçirilib | |
İyulun 4-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Həsni Əl Əyubi ilə görüşüb.
Qonaqları salamlayan elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil müəssisələrində idman sahəsinin tədrisi və məktəblilərimizin nailiyyətlərindən danışıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, nazir müavini uşaqlarda sağlam davranış qaydalarının formalaşması və onların zərərli vərdişlərdən uzaqlaşmasında idmanın xüsusi rol oynadığını diqqətə çatdırıb.
Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka öz növbəsində səmimi qəbula görə təşəkkür edib və federasiya tərəfindən beynəlxalq səviyyədə idman yarışlarının təşkili, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qonaq Elm və Təhsil Nazirliyi ilə uzunmüddətli tərəfdaşlıqda maraqlı olduqlarını dilə gətirib.
Görüşdə Beynəlxalq Məktəb İdmanı Federasiyası tərəfindən mütəmadi təşkil edilən "Dünya Məktəblilərinin İdman Oyunları"nın 2026-2028-ci illərdə Bakıda keçirilməsi də müzakirə edilib.
Sonda qonaqlara xatirə hədiyyəsi təqdim edilib.
|
|
05.07.2024 | 16:34 | |
|
|
|