Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur
Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını, universitet tələbələrini əhatə etməsi nəzərdə tutulur.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində deyib.
 
Aşağı yaş qruplarında olimpiadalar və yarışların keçirildiyini bildirən nazir “Yüksəliş” müsabiqəsində bu yeniliyin tətbiqi ilə daha böyük uğurlara imza atıla biləcəyini diqqətə çatdırıb: “Bu gün Prezident Qarabağ Universitetində yenidənqurma işləri ilə tanış olub. Ümidvaram ki, “Yüksəliş” qalibləri arasından da Qarabağ Universitetində dərs demək istəyən, inkişafına töhfə vermək istəyənlər çoxdur. Qarabağ Universiteti Azərbaycan təhsilinə yeni baxışdır.
 
Xaricdə təhsil üçün Dövlət Proqramına müraciət edən 800 namizədin 160-ı dünyanın TOP10 universitetinə qəbul olub. Prosesin davamlı olmasını saxlamaq məqsədimizdir”.


05.07.2024 | 16:02