Nazir: SABAH məzunlarının ikiqat məsuliyyəti var | |
“Bu gün SABAH qruplarının yaranmasının 10 illiyi tamam olur. SABAH tələbəsi olmaq asan deyil. SABAH məzunlarının ikiqat məsuliyyəti var. Çünki adından da göründüyü kimi, SABAH tələbələri savadlı, bacarıqlı və hazırlıqlı olmalıdırlar. Öz istedadı ilə seçilən şəxslərin məsuliyyəti isə daha çox olur”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “SABAH-ın məzunu-2024” mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, SABAH-ın yaradılmasında məqsədlərdən biri həm də tələbələr arasında rəqabət mühitinin yaradılması idi:
“SABAH qruplarında tələbələrin mükafatlandırılması, onlara fərqli təqaüdlərin verilməsi təşəbbüsü var. SABAH-ın nəticələrinə baxdıqda, görünən ondan ibarətdir ki, bu sistem özü-özlüyündə mühit dəyişikliyi, savadlı, bacarıqlı və hazırlıqlı şəxslərin irəliyə doğru addımlarını səciyyələndirir".
"SABAH məzunlarını iş axtaran deyil, işəgötürən tərəf kimi görməyi arzulayırıq. Bunun üçün SABAH.HUB layihəsini təşkil etdik. SABAH-ın təşkil etdiyi startaplar 9 milyon manata yaxın xarici investisiyalar əldə edib".
"Sevindirici haldır ki, Qarabağ Universitetində də SABAH qrupları öz fəaliyyətinə başlayacaq", - deyə nazir əlavə edib.
|
|
04.07.2024 | 12:16 | |
|
|
|