Ali məktəblərin magistratura səviyyəsinə ayrılmış plan yerinin 84.69 faizi dolub
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri (əsas yerləşdirmədən sonra) təqdim edib.
 
"Azərbaycan müəllimi" DİM-ə istinadən bildirir ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 min 660 bakalavrdan 13 min 484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.
 
Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 15922 plan yerinin 84.69 faizi dolub.


04.07.2024 | 11:03