Paytaxt tabeliyindəki məktəblərdə məzunlara attestatlar verilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir.
 
Bu barədə "Azərbaycan müəllimi"nə BŞTİ-dən xəbər verilib. Bildirilib ki, attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
 
2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 43 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirib.
 
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.


04.07.2024 | 11:10