Dağlıq Şirvan Regional Təhsil İdarəsinin kollektivi ilə görüş keçirilib | |
İyulun 2-də Agentliyin direktor müavini Orxan Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin kollektivi ilə görüş keçirib.
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsini müvəqqəti icra edən Xəqani Qurbanov, İdarənin əməkdaşları, eyni zamanda yerli təhsil sektorlarının müdirləri iştirak edib.
Görüşdə yerli bölmələr tərəfindən təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda qayda və təlimatların icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilən yoxlamaların nəticələri ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda yoxlama nəticələrinə uyğun olaraq İdarənin rəhbərliyinə və yerli sektorlara nəzarət tədbirlərinin gücləndirilməyi istiqamətində müvafiq tapşırıqlar verilib.
|
|
02.07.2024 | 17:22 | |
|
|
|