Eşqi Bağırov: Qaydaların və təlimatların pozulması halları yolverilməzdir | |
Qaydaların və təlimatların pozulması halları yolverilməzdir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlaması zamanı vurğulayıb.
O qeyd edib ki, aparılan monitorinqlər zamanı Dağlıq Şirvan Regional Təhsil İdarəsində bəzi müsabiqələrin keçirilmə qaydalarının və təlimati sənədlərin icrasında pozuntular aşkarlanıb və idarənin rəhbəri işdən çıxarılıb.
"Regional təhsil idarələrinin, eyni zamanda təhsil müəssiələrinin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır", - deyə agentlik direktoru əlavə edib.
|
|
02.07.2024 | 12:25 | |
|
|
|