Peşə təhsili müəssisələrinin nümayəndələri üçün Türkiyədə təlim proqramı təşkil edilib | |
23-30 iyun tarixlərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində 5 peşə təhsili müəssisəsindən olan 7 nəfər rəhbər şəxs üçün Türkiyə Respublikasının İzmir şəhərində yerləşən təhsil müəssisələrində təlim proqramı təşkil edilib.
Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Nümayəndə heyəti üçün ilk seminarlar Konak Mithatpaşa Texniki Peşə Anadolu Liseyində təhsil proqramlarının təhlil edilməsi, kadr işləri və əməliyyatlar, nizam-intizam prosedurları, vəzifələrin müəllimlər arasında bölüşdürülməsi və digər mövzularda seminarlar təşkil edilib. Eyni zamanda təlim iştirakçıları adı çəkilən liseyin emalatxanalarını ziyarət edib və müasir avandanlıq ilə yaxından tanış olublar.
Səfər çərçivəsində həmçinin peşə təhsili müəssisələrinin nümayəndələri üçün İzmir Milli Təhsil İdarəsində “Ölçmə və qiymətləndirmədə yeni yanaşmalar”, “Ömürboyu öyrənmə üçün korporativ mədəniyyət və liderlik”, “Təhsilin idarə edilməsində süni intellekt və texnologiya” mövzusunda seminarlar keçirilib.
|
|
02.07.2024 | 11:40 | |
|
|
|