Texniki fənlərin tədrisi ilə bağlı praktiki tədqiqat yoxdur - Emin Əmrullayev | |
Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var. Nöqsanları tədris bacarıqları yüksək olan tərəfə çevirməliyik.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "VII ADA 2024" Beynəlxalq Təhsil Konfransında çıxışında vurğulayıb.
Onun sözlərinə görə, ölkədə texniki fənlərin tədrisi ilə bağlı praktiki tədqiqat yoxdur:
"Demək olar ki, ancaq bir-birini təkrarlayan şablon tədqiqatlar var. Hələ də 70-ci illərdən qalan metodik kitabçalara əsaslanan dərsliklər hazırlanır. Dərsliklərin yazılması və mübahisələrin böyük hissəsi də bununla əlaqədardır. Kimsə dərsliklərə öz arzuları prizmasından baxır. Göründüyü kimi, dərslik tədris vəsaitidir. Kimsə öz şeirini, yaxud hər hansı tarixi hadisəni dərslikdə görmək istəyir. Amma bütün bunları şagirdə necə çatdırmağın ən optimal variantını tapmaq lazımdır. Dərsliklərlə bağlı çoxlu rəylər var. Rəylə tədqiqat qarışdırılmamalıdır. Rəy tədqiqat nəticəsi deyil. Nəticə olmadığından inanmaq üçün isbat lazımdır. Tədqiqat varsa, dinləməyə ən çox biz maraqlıyıq. Təhsil müzakirələrini korlayan əsas məsələlərdən biri də isbatı olmayan rəylərdir".
|
|
01.07.2024 | 11:17 | |
|
|
|