BANM tələbələri 100 min dollar investisiya qazanıb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cəvahir Yusifzadə, II kurs tələbəsi Zərifə Əsədullayeva və Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Solmaz Mahmudova “Baku Investment Day”də “CleanTech” kateqoriyasında özünü bərpa edən sement layihəsi ilə qalib olub.
 
"Azərbaycan müəllimi"nə BANM-dən verilən məlumata görə, layihənin rəhbəri Ali Məktəbin Kimya mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Fidan Qədimalıyevadır.
 
Qalib komanda 100 min ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
 
Qeyd edək ki,  Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku Investment Day” innovasiya festivalı SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılıb. Burada 200-dən çox yerli və xarici investor, 100-dən çox xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş iştirak edib.


29.06.2024 | 13:00