SABAH qruplarına 2000-dən çox tələbə imtahan verəcək | |
Tələbələr “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilirlər.
Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə bildirilib ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Tələbələr imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
İmtahanın idarəolunmasına 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.
İmtahanda 2025 tələbənin iştirakı nəzərdə tutulur.
|
|
28.06.2024 | 16:28 | |
|
|
|