Gələcək tədris ilində Laçının Sus kəndində məktəbin fəaliyyətə başlaması gözlənilir
Gələcək tədris ilində Laçının Sus kəndində məktəbin fəaliyyətə başlaması gözlənilir.
 
"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Bugünədək minə yaxın ev və yaşayış kompleksi bərpa edilib və tikilib.
 
"Gənclər Laçın rayonunun dirçəldilməsində önəmli rol oynayır", - deyə o, əlavə edib.
 
Qeyd edək ki, Laçın rayonunda Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Laçın Könüllüləri” qrupuna qeydiyyat başlanıb.


28.06.2024 | 11:30