Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi və mükafatlandırma mərasimi keçirilib | |
25-27 iyun tarixlərində S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında 5, 6 və 7-ci siniflər üzrə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün düşərgə təşkil olunub.
Bu barədə Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, düşərgədə şagirdlərlə müxtəlif mövzu və misallar üzrə müzakirələr aparılıb. Eyni zamanda düşərgə boyunca maraqlı və intellektual oyunlar təşkil olunub xüsusilə məntiqi təfəkkürü yoxlayan və inkişaf etdirən yarışlar keçirilib.
Sonda isə qaliblər müxtəlif hədiyyələr təqdim olunub və onlar medallarla təltif olunublar. Qeyd edək ki, mükafatlandırma tədbirində Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov və S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının direktoru İlqar Talıbov şagirdləri təbrik edərək, onlara uğurlar arzu edib.
Növbəti günlərdə digər siniflər üzrə düşərgə təşkil ediləcəkdir. |
|
27.06.2024 | 21:01 | |
|
|
|