BANM tələbələri ABŞ-də Azərbaycanı təmsil edəcək
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "SPE BHOS" komandası ABŞ-də Azərbaycanı təmsil edəcək.
 
BANM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, tələbələr "PetroBowl" yarışının Qazaxıstanda keçirilən regional turunu udaraq finala vəsiqə qazanıblar. Onlar Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Aminə Rəhmanova, Firuzə Əzizova, Orxan Nəsibov, Ramin Əsgərli və Xanlar Məmmədzadədir. 
 
Yarışma “Chevron” şirkətinin dəstəyi və Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə baş tutur.
 
Qeyd edək ki, sözügedən yarışma hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir.


25.06.2024 | 16:51