Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.  
 
"Azərbaycan müəllimi" xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Elm və Təhsil Nazirliyinin 4 əməkdaşı da var.
 
Sərəncama əsasən, Audit şöbəsinin Audit sektorunun müdiri Mürşüd Rəşidov, Təhsilin iqtisadiyyatı şöbəsinin Büdcə planlaşdırılması sektorunun baş məsləhətçisi İradə Mirzəhmədova, Daxili nəzarət şöbəsinin Məlumat-təhlil sektorunun aparıcı məsləhətçisi Xəqani Qurbanov, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin Təhsilin məzmunu sektorunun baş məsləhətçisi Günel Seyidova  "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
 


24.06.2024 | 16:51