SDU SABAH qrupları bakalavriat səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edir | |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Sumqayıt Dövlət Universiteti SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2024/2025–ci tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, işə qəbul şərtləri aşağıdakı kimidir.
Seçiləcək professor-müəllim heyətinin vəzifələri:
Qeyd edilən vəzifə və tələblərə uyğun gələn namizədlər aşağıdakıları nəzərə almalıdır:
İngilis dili fənni üzrə tədris kvalivkasiya sertifikatlarının (TKT, TESOL, CELTA, DELTA və s.) olmasına üstünlük veriləcək; SABAH qruplarında tədrisin aparılmasının onun əsas iş yeri ilə razılaşdırılması öhdəliyi müraciət edənin üzərinə düşür; Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər; Vakant fənlərin siyahısına "Fənlər" bölməsində baxa bilərsiniz; Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur; Qeydiyyatınızı tamamladıqdan sonra sənədlərinizin (şəxsiyyət vəsiqəsi, diplomlar və onların nostrifikasiyası, pedaqoji və iş təcrübəsi ilə bağlı müvafiq arayış və ya əmək kitabçası, sertifikat, CV, fənn sillabusu) surətlərini master_teacher@sabah.edu.az ünvanına göndərməyiniz tələb olunur; Qeydiyyat ilə bağlı sual yarandıqda, master_teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz; Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq; Müsahibə mərhələsi 3 meyar üzrə (sahə üzrə bilik və bacarıqlar, SABAH qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları və təqdimat bacarıqları) aparılacaq; Bu seçim müvafiq fənn üzrə yalnız 2024/2025-ci tədris ilinin payız semestrində tədrisini nəzərdə tutur və növbəti tədris ilində (və ya semestrində) Sizin bu fənni tədris etməklə bağlı öhdəliyiniz, SABAH qrupları layihəsi İcra Komitəsinin isə mütləq təminatı yoxdur.
Qeyd edək ki, seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
|
|
24.06.2024 | 14:01 | |
|
|
|