Bakı Ali Neft Məktəbinin tələbələri Portuqaliyada təhsil alacaq | |
Bakı Ali Neft Məktəbinin (BANM) neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Aysel Novruzlu və Həqiqət Quluzadə Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil almaq imkanı əldə ediblər.
BANM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, tələbələr 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirəcəklər. BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Portuqaliyanın Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar. Bütün xərclər isə “Erasmus+” proqramı çərçivəsində qarşılanacaq. Daha sonra onlar təhsillərini BANM-də davam etdirərək məzun olacaqlar.
Bununla yanaşı, hər iki tələbə ümumilikdə 10140 avro məbləğində qrant qazanıblar.
|
|
24.06.2024 | 11:38 | |
|
|
|