Qarabağda daha 6 məktəb istifadəyə veriləcək, 8-nin isə tikintisinə başlanılacaq | |
“Bu il dövlətimiz tərəfindən Qarabağda daha 6 məktəb istifadəyə veriləcək, 8-nin isə tikintisinə başlanılacaq”.
"Azərbaycan müəllimi"nin Naxçıvana ezam olunan əməkdaşının verdiyi məlumata görə, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Qərbi Azərbaycana qayıdış” festivalında çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, bu il Şuşa Real Məktəbinin bərpası və Zəngilan şəhər tam orta məktəb üçün 960 şagird yerlik binanın tikintisi davam etdiriləcək, Ağdam və Zəngilanda 2 uşaq bağçasının, Füzulidə Peşə liseyinin tikintisi davam etdiriləcək, 4 peşə təhsili müəssisəsinin tikintisinə başlanılacaq, Şuşa şəhər kollecinin tikintisinə start veriləcək.
"Nəhayət, növbəti tədris ilində Qarabağ Universiteti ilk tələbələrini salamlayacaq, onlar 26 ixtisas üzrə təhsilə başlayacaqlar. Hədəfimiz odur ki, Qarabağ Universiteti tezliklə ölkəmizin və regionun ən aparıcı ali təhsil müəssisələrindən və elm mərkəzlərindən birinə çevrilsin və müasir dövrün tələblərinə uyğun mütəxəssislər hazırlasın. Ümid edirəm ki, yaxın gələcəkdə biz Qarabağ Universitetinin tələbələri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qaliblərini də görəcəyik", - deyə nazir deyib.
|
|
21.06.2024 | 13:56 | |
|
|
|