Azərbaycan, Türkiyə və Rusiyanın kimyaçı alimləri mühüm elmi nəticə əldə ediblər | |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin Rusiyanın İrkutsk Kimya İnstitutu və Türkiyənin Atatürk və Bartin universitetlərindən olan həmkarları ilə “Asetilxolinesteraza (AChE) və α-qlikozidazanın (α-Gly) ikili inhibitorları kimi yeni və yüksək aktivlikdə olan pirrol-heterosikl törəmələrinin sintezi, “in vitro” və “in vivo” bioloji fəallığının tədqiqi” mövzusunda apardıqları beynəlxalq səviyyəli müştərək tədqiqatlar zamanı növbəti mühüm nəticələr əldə olunmuşdur.
Bu barədə "Azərbaycan müəllimi"nə institutundan məlumat verilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin mühüm nəticələr “Web of Science” bazasında arxivləşdirilən Q2 kateqoriyalı impakt faktoru 4.06 olan dünyaca məşhur “Elsevier” nəşriyyatının “Journal Molecular Structure” jurnalında müfəssəl araşdırma məqaləsi kimi (Ol'ga V. Petrova, Denis N. Tomilin, Halil Şenol, Kseniya V. Belyaeva, Lina P. Nikitina, Ludmila A. Oparina, Lyubov N. Sobenina, Boris A. Trofimov, Nastaran Sadeghian, Parham Taslimi, Vagif Farzaliyev, Afsun Sujayev, İlhami Gulçin, Synthesis of pyrrole-heterocyclic derivatives as anti-Alzheimer and antidiabetic candidates: An in vitro-in silico study, Journal of Molecular Structure, 2024, 1315, 138998, https://doi.org/10.1016/j.molstruc.2024.138998) dərc olunub.
Məlumatda qeyd edilir ki, əlverişli farmakokinetik profillərə malik AChE və α-Gly fermentləri güclü inhibə nümayiş etdirən yeni nəsil inhibitorların analoqları ilə müqayisədə daha təsirli olduğu məlum olmuşdur. Bioloji fəallıqların molekulyar dokinq, dinamika simulyasiya və ADME proqnozlaşma çalışmaları belə bir nəticəyə gəlməyə imkan vermişdir ki, bu birləşmələr AChE və α-Gly üçün seçici inhibitor olmaq potensialına sahibdirlər. Xüsusən, yeni yaradılan inhibitorlar yaxın gələcəkdə Alzeymer xəstəliyi və şəkərli diabet də daxil olmaqla, dünyada geniş yayılan bəzi qlobal xəstəliklərin müalicəsi üçün yeni bioloji əlavələrin inkişafına kömək edə bilər.
|
|
20.06.2024 | 14:07 | |
|
|
|