Naxçıvanda Qərbi Azərbaycanla bağlı yeni kitab və jurnalın təqdimatı olub | |
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda növbəti dəfə “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçiriləcək.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, festival-konqres çərçivəsində tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə çap edilmiş dəyərli elmi əsərlərin təqdimatına başlanılıb. Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid Aktları” kitabının və “Ulduz” jurnalının “Qərbi Azərbaycan” xüsusi buraxılışının təqdimatı keçirilib.
Təqdimat mərasimində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək, Qərbi Azərbaycan mövzusunun xalqımızın tarixi yaddaşı olduğunu bildirib, təqdimatı keçirilən nəşrlərin əhəmiyyətini vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktorları Arifə Zeynalova, Qənirə Əsgərova, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Zülfiyyə İsmayıl, ADPU Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova “XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid Aktları” kitabı və “Qərbi Azərbaycan” xüsusi buraxılışı haqqında öz fikirlərini bildiriblər.
Sonda müəllif Mahirə Hüseynova çıxış edənlərə təşəkkürünü bildirib, bu cür möhtəşəm festival və təqdimatların təşkil olunmasını örnək addım kimi dəyərləndirib.
|
|
20.06.2024 | 10:52 | |
|
|
|