32 il sonra "Son zəng"i yenidən çalınan "Böyük Qayıdış" məktəbləri - FOTOLAR
İşğaldan azad olunmuş ərazilərdə istifadəyə verilmiş Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli, Laçın şəhər 2 nömrəli, Zabux və Talış kənd tam orta məktəblərində 32 ildən sonra ilk dəfə "Son zəng" tədbiri keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu il Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbindən 8 şagird məzun olub. Məktəbin "Son zəng" tədbirində elm və təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edib.
 
Laçın şəhər 2 nömrəli tam orta məktəbdə isə 112 şagird təhsil alır. Onlardan 4 nəfəri məzun olub. 
 
Laçın rayonu Zabux kənd Ədalət Məmmədov adına tam orta məktəbdə isə 62 şagird təhsil alır. Onlardan 3-ü bu il məktəbi başa vurub.
 
Talış kənd tam orta məktəbini isə bu il 1 şagird bitirir.


14.06.2024 | 15:14