Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş | |
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman ilə görüş keçirilib.
Agentliyin direktor əvəzi Amil Əlili ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, bu sahədə həyata keçirilən layihələr və nəticələri barədə geniş məlumat verib, gələcək əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman peşə təhsilinin inkişaf etdirilməsi məqsədilə bir sıra ixtisaslar üzrə tədris proqramlarının - kurikulumların hazırlanması, peşə hazırlığı infrastrukturunun genişləndirilməsi, “dual” peşə təhsili və təlimi potensialının gücləndirilməsi istiqamətində agentliklə əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüş zamanı peşə təhsili sahəsində birgə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
|
13.11.2018 | 14:50 | |
|
|
|