Mərkəzi Aran RTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində VII sinif şagirdləri üçün monitorinq keçirilib | |
İyunun 12-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VII siniflərində təhsil alan şagirdlər üçün monitorinq keçirilib.
Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən monitorinq tarix, coğrafiya, fizika, kimya və biologiya fənləri üzrə aparılıb.
9412 təhsilalanın iştirak etdiyi monitorinqdə hər bir fənn üzrə 15 sual olmaqla, ümumilikdə 75 qapalı test tapşırığının cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, həmçinin onların sinifdən-sinfə keçmələrinə təsir etmir. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, VII sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi, ümumi orta təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.
|
|
13.06.2024 | 09:10 | |
|
|
|