UNEC tələbələrinin məqalələri Scopus bazasında dərc olunub | |
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələrinin məqalələri Scopus bazasına daxil olan Q1 kateqoriyalı jurnallarda dərc olunub.
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib.
Bildirilib ki, ISE tələbələri Aysu Abbasova, Röyalə Alışzadə, Alsu Cəfərovanın “Expatriation and permanent emigration intention among youth in Azerbaijan” (Azərbaycanda gənclər arasında ekspatriasiya və daimi emiqrasiya meyilliliyi) adlı məqaləsi “Journal of International Studies” jurnalında dərc olunub. Tələbələr Azərbaycan gəncləri arasında müvəqqəti və daimi emiqrasiya meyilliliyini formalaşdıran mümkün faktorları təhlil ediblər.
ISE-nin digər tələbələri Aysu Əhmədova, Tağı Quliyevin "The Relationship between Bitcoin and Nasdaq, U.S. Dollar Index and Commodities” (Bitcoin ilə Nasdaq, ABŞ dolları indeksi və əmtəələr arasındakı əlaqə) mövzusunda elmi məqaləsi isə “International Journal of Energy Economics and Policy” jurnalında dərc olunub. Tələbələr 2017-2023-cü illəri əhatə edən dövrdə həftəlik qiymətlərdən istifadə edərək, Bitcoin ilə Nasdaq, ABŞ dolları indeksi və əmtəələr arasındakı uzunmüddətli qarşılıqlı əlaqələri araşdırıblar.
Hər ik məqalə “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının dosenti Xətai Alıyevin elmi rəhbərliyi ilə yazılıb.
Xatırladaq ki, Elmi Şuranın qərarına əsasən, elmi məqalələri beynəlxalq nüfuzlu jurnallarda dərc olunan UNEC tələbələri 4500 manatadək qonorar qazanmaq şansı əldə edirlər.
|
|
11.06.2024 | 15:57 | |
|
|
|