Nazir müavini: Son 20 ildə bir milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb
Uşaqların təhsili üçün ölkəmizdə müvafiq şərait yaradılıb. Ölkəmizdə 1 milyon 500 min məktəbli var.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən, CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsi ilə bağlı iyunun 11-də keçirilən tədbirdə səsləndirib.
 
Nazir müavini deyib ki, son 20 ildə 4 minə yaxın məktəb əsaslı təmir edilib və yeniləri inşa olunub. Bunun da nəticəsində 1 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb.
 
“İnsanlarımız Qarabağa qayıtdıqları kimi, təhsilimiz də Qarabağa qayıdır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir standartlar əsasında məktəblər inşa edilib və uşaqlarımız həmin məktəblərdə təhsillərini davam etdirirlər”, - deyə F.Qurbanov vurğulayıb.
 
2016-cı ildən nazirlik tərəfindən “Məktəblinin dostu” layihəsinin həyata keçirildiyini xatırladan F.Qurbanov bu layihənin 30-dan çox məktəblə başladığını və hazırda 200-dən artıq məktəbdə tətbiq olunduğunu bildirib. Qeyd edib ki, layihənin əhatə dairəsi hər il artırılır. O, layihənin məktəb və valideynlər arasında əlaqələrin dərinləşdirilməsinə imkan verdiyini bildirib.


11.06.2024 | 11:51