“Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə həsr olunan beynəlxalq konfrans keçiriləcək
20-22 iyun 2024-cü il tarixində “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə (MPMMA 2024) həsr olunan beynəlxalq konfrans keçiriləcək. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), İstanbul Texniki Universiteti (İTU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
 
Müxtəlif ölkə alimlərini bir araya gətirərək mövzu ilə bağlı tədqiqat fikirlərini bölüşmək, elmi istiqamətlər üzrə son nailiyyətləri müzakirə etmək üçün bir platforma olacaq konfransın ölkəmizdə riyaziyyat və mexanika sahələrinin inkişafına böyük təkan verəcəyi gözlənilir. 
 
Üç gün davam edəcək konfransın gündəliyinə xarici və yerli aparıcı alimlərin məruzələri, panel müzakirələri, xüsusi mədəni proqram daxildir.


10.06.2024 | 12:35