Fizika İnstitutunun bir qrup əməkdaşı Ordubad rayonuna səfər edib | |
İyunun 7-də Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun bir qrup əməkdaşı Ordubad rayonuna səfər edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində institutun baş direktoru Arif Həşimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ordubad Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Görüşdə Ordubad rayonunun icra başçısı Rəcəb Rəhimli rayonun tarixi, mədəniyyəti, adət-ənənələri haqqında ümumi məlumat verib, Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamını diqqətə çatdırıb.
İcra başçısı eyni zamanda Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına hesablanaraq qəbul olunan “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, bu proqramın Ordubad rayonunu da əhatə edən “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”ndan bəhs edərək qarşıdakı illərdə Ordubad rayonunda görüləcək işləri, həyata keçiriləcək layihələri vurğulayıb. Əlavə edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə rayonda genişmiqyaslı quruculuq tədbirləri daha da sürətləndiriləcək, yeni fəaliyyət sahələri yaradılacaq, Ordubad rayonu qədim ornamentləri saxlanılmaqla tarixiliyin və müasirliyin vəhətində gözəl şəhər görünüşü alacaq.
İnstitutun əməkdaşdaşları daha sonra Ordubad rayonunun tarixi yerlərini, muzeyləri ziyarət ediblər.
|
|
09.06.2024 | 21:05 | |
|
|
|