Azərbaycan universitetləri Tailandda keçiriləcək beynəlxalq konqresdə təmsil olunacaq | |
“Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə 10-13 iyun tarixlərində Tailand Krallığının paytaxtı Banqkok şəhərində “Qlobal Davamlı İnkişaf Konqresi” keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator “Davamlı inkişaf” ilə bağlı müzakirələrə qoşulacaq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet (“ADA” Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Naxçıvan Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti) konqres çərçivəsində Azərbaycan pavilyonunda təmsil olunacaq.
Eyni zamanda, “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri rəsmi elan ediləcək. Ötən il 7 Azərbaycan universitetinin təmsil olunduğu bu reytinqə cari ildə daxil olacaq universitet sayının 2 dəfəyədək artması gözlənilir.
|
|
08.06.2024 | 08:31 | |
|
|
|