“Narkomaniya ümumbəşəri bəladır”

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Nərimanov Rayon Polis İdarəsi ilə birgə   “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

 

Tədbiri Təhsil Mərkəzinin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov açaraq belə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib. Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov “Narkomaniya  ümumbəşəri  bəladır” mövzusunda məruzə edib. Narkomaniya və onun törətdiyi fəsadlardan, narkotik vasitələrin insan həyatı və onun sağlamlığı üçün ən ağır bəla olduğundan, eyni zamanda narkomaniyaya aludə olanların hər cür hadisələr törədə biləcəyindən geniş bəhs edib.

 

Sonra Nərimanov Rayon Polis İdarəsinin veteranlar şurasının sədri Paşa Kərimov çıxış edərək tələbələrə siqaretdən və narkotik vasitələrdən uzaq durmağı tövsiyə edib.

 

Tədbirdə  narkomaniya adlı bəlanın dəhşətlərini  əks etdirən videoçarx nümayiş etdirilib.

 

Sonda mövzu ətrafında müəllim və şagirdlərin fəal iştirakı ilə diskussiya keçirilib.

 

 



12.11.2018 | 17:13