109 minə yaxın uşaq üçün I sinfə qəbulda məktəb və müəllim müəyyənləşdirilib
109 minə yaxın məktəb yaşlı uşaq üçün artıq birinci sinfə qəbul prosesində məktəb və müəllim müəyyənləşdirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada söyləyib.
 
O qeyd edib ki, iyunun 12-dən etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi mümkün olacaq: "Burada ilk olaraq prioritet bölmələr seçim edəcək. 11 minə yaxın uşaq bu prosesdə iştirak edəcək".


06.06.2024 | 11:23