Sertifikatlaşdırmadan keçməyən 65 yaşlı müəllimlərin müqaviləsi uzadılmayacaq - Eşqi Bağırov | |
Sertifikatlaşdırma nəticəsi olmayan 65 yaşına çatmış müəllimlərin müqaviləsinin uzadılması ilə bağlı tələblərinə baxılmayacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, əgər həmin müəllimlər fəaliyyətlərini davam etdirmək istəyirlərsə, sertifikatlaşdırmada iştirak etməlidirlər.
"Biz müqavilənin müddətini uzadanda mütləq ki, qiymətləndirmə nəticəsinə baxırıq. Əgər müəllimin nəticəsini qiymətləndirə bilmiriksə, deməli müqavilə müddətini də uzada bilməyəcəyik".
Eşqi Bağırov sertifikatlaşdırmada 60 yaşdan yuxarı müəllimlərin iştirakına könüllülük prinsipinin gətirilməsini isə belə əsaslandırıb:
"65 yaşına çatan müəllimlər arasında müqavilə müddətini uzatmaq istəməyənlər də ola bilər. Bu səbəbdən də düşündük ki, yaşlı müəllimlərimizi əlavə imtahanlarla, əlavə proseslərlə yormayaq. Amma aralarında xeyli sayda təcrübəli və peşəkar müəllimlər də var. Bu səbəbdən müqavilələrin uzadılması ilə bağlı müraciətlər edirlər".
|
|
06.06.2024 | 10:52 | |
|
|
|