QS rəsmiləri universitetlərimizin reytinqlərdə mövqelərini yaxşılaşdırmasından danışdılar

Azərbaycan dünyanın ən yaxşı universitetlərinin 2025-ci il reytinqində - QS World University Rankings 2025 mövqeyini gücləndirir. 

 

"Azərbaycan müəllimi" xəbər verir ki, ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS Quacquarelli Symonds bu gün dünyanın ən yaxşı universitetlərinin ən nüfuzlu reytinqini - QS World University Rankings 2025-in yeni buraxılışını dərc edib.

 

Azərbaycan reytinqdə üç universitetlə təmsil olunub. Onların arasında lider yeri Bakı Dövlət Universiteti tutur ki, bununla da dünyanın ən yaxşı 1000 universiteti arasına qayıdır və 951-1000 aralığında yerləşir.

 

Dünyanın ən yaxşı universitetlərinin reytinqi - QS World University Rankings 2025:

Azərbaycan ali məktəblərinin nəticələri

2025

2024

Ali təhsil müəssisəsinin adı

951-1000

1001-1200

Bakı Dövlət Universiteti

1001-1200

1201-1400

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

1001-1200

1001-1200

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

 

Yeni reytinqdə hər üç Azərbaycan universiteti «Məzunların nailiyyətləri» üzrə ilk 500-lüyə daxil olub, bu indikator üzrə ölkənin universitetləri ən yüksək nəticələrə nail olub.

 

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünyanın ən yaxşı universitetlərinin reytinq metodologiyasının doqquz indikatorundan səkkizində bərabər sayda yüksək pilləni tutur, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə ölkənin universitetləri arasında «Xarici müəllimlərin payı» üzrə liderdir.

İndikator

Çəki

Azərbaycan Universiteti

ən yaxşı nəticə ilə

Göstərici mövqeyi

Ümumi mövqe

Akademik nüfuz

30 %

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

660

1001-1200

İşəgötürənlər arasında nüfuz

15 %

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

570

1001-1200

Müəllimlərin və tələbələrin sayı nisbəti

10 %

Bakı Dövlət Universiteti

373

951-1000

Bir müəllim üçün sitatların sayı

20 %

Bakı Dövlət Universiteti

1412

951-1000

Xarici müəllimlərin payı

5 %

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

634

1001-1200

Xarici tələbələrin payı

5 %

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

1047

1001-1200

Beynəlxalq elmi əməkdaşlıq indeksi

5 %

Bakı Dövlət Universiteti

1216

951-1000

Məzunların nailiyyətləri

5 %

Bakı Dövlət Universiteti

271

951-1000

Dayanıqlı inkişaf

5 %

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

991

1001-1200

 

QS-nin baş vitse-prezidenti Ben Sauter reytinqin nəticələrini şərh edir: "Yeni reytinq Azərbaycanın tələbələrin gələcək əmək bazarına hazırlığı sahəsində əldə etdiyi nailiyyətlərlə qeyd olunub ki, bu da işəgötürənlər arasında nüfuza və məzunların nailiyyətlərinə dair güclü nəticələrdən xəbər verir. Azərbaycan ali məktəblərinin akademik nüfuza görə göstəricilərinin yaxşılaşmasını qeyd etmək sevindiricidir. Bu o deməkdir ki, Azərbaycanın təhsil imkanları genişlənir və bu, ciddiyə alınmalı məsələdir".

 

QS-nin regional direktoru Sergey Xristolyubov əlavə edir: "Bakı Dövlət Universitetinin dünyanın ən yaxşı 1000 universiteti sırasına qayıtması, şübhəsiz ki, Azərbaycan üçün əlamətdar hadisədir. Bizim flaqman reytinqimizin iştirakçısı olan Azərbaycan ali məktəblərinin hamısı metodologiyanın bir sıra əsas indikatorlarına görə mövqelərini artıra biliblər. Bu kontekstdə, ilk növbədə, hər iki nüfuz göstəricisi - işəgötürənlər arasında nüfuz və akademik nüfuz üzrə əldə olunan müsbət dinamikaya xüsusi diqqət yetirmək istərdim ki, bu da Azərbaycan ali təhsilinin beynəlxalq aləmdə tanınmasının artdığını göstərir. Azərbaycan universitetlərinin beynəlxalq nüfuzu artır".



05.06.2024 | 17:43