ARTİ-də master təlimçilər üçün yenidən təlimlər təşkil olunub | |
30 və 31 may tarixlərində Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin 1-ci komponenti çərçivəsində Master təlimçilər üçün 2 günlük yenidən təlimlər təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimlərin əsas məqsədi Azərbaycan Milli Kvalifikasiya Çərçivəsi (AzMKÇ) 5-ci səviyyə ilə bağlı kurikulumların, tədris və öyrənmə materiallarının hazırlanması və təkmilləşdirilməsi üçün bacarıqların inkişaf etdirilməsidir.
Layihənin ekspertləri Dr.Rainer Gerke, Qənirə İsmayılova və Nərmin Şahbazovanın, o cümlədən klaster rəhbərlərinin iştirak etdiyi təlimlər orta ixtisas təhsili müəssissələri və peşə təhsili müəssisələrinin əməkdaşları (40 nəfər) üçün təşkil olunur.
2 gün davam edən təlimlərdə ekspertlər müasir təhsil standartlarına və sənaye ehtiyaclarına uyğun kurikulumların və tədris materiallarının tərtib və tətbiq olunması ilə bağlı ətraflı məlumat veriblər.
İştirakçılar kurikulumun hazırlanmasının müxtəlif aspektlərini, o cümlədən səriştələrə əsaslanan standartların, ssenari əsaslı öyrənmənin və effektiv qiymətləndirmə metodologiyalarının inteqrasiyasını əhatə edən interaktiv sessiyalarda iştirak ediblər.
Bu təlimlər müəllimləri müvafiq və maraqlı tələbə tədris təcrübələri yaratmaq üçün bacarıqlarla təmin etməyi hədəfləyib.
Qeyd edək ki, təlimlər növbəti aylarda da davam edəcək.
|
|
04.06.2024 | 17:10 | |
|
|
|