Qarabağ Universitetinin SABAH qruplarında oxuyacaq digər ali məktəblərin tələbələrinə hansı universitetin diplomu veriləcək? | |
Fərqli universitetlərdən Qarabağ Universitetinin SABAH qruplarına qəbul olacaq tələbələrə hansı universitetin diplomunun verilməsi məsələsinə aydınlıq gətirilib.
Bununla bağlı "Azərbaycan müəllimi"nin sorğusuna Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən cavab verilib. Qeyd olunub ki, birinci tədris ilində hansı universitetdə təhsil almasından asılı olmayaraq, Qarabağ Universitetinin SABAH qruplarına qəbul olacaq tələbələrə məzun olduqda məhz Qarabağ Universitetinin diplomu təqdim olunacaq.
Qeyd edək ki, SABAH qruplarına Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.
Müsabiqədə tələbələr yalnız təhsil aldıqları ixtisas üzrə iştirak edə bilərlər.
Müvafiq ixtisas üzrə SABAH qruplarında təhsil almaq üçün bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi zərurəti yaranan tələbələr bu ali təhsil müəssisələrinin müvafiq ixtisaslarının tədris planları (birinci tədris ili üzrə) arasında akademik fərqin 2 fəndən artıq olmadığı halda müsabiqədə iştirak edə bilərlər.
|
|
04.06.2024 | 14:37 | |
|
|
|