Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 112 namizəd iştirak etmək hüququ qazanıb.
Müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat öncədən namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir. Namizədlər müsahibə mərhələsində uğur qazanmaq üçün 3 meyar üzrə maksimum 5, minimum 3,5 bal toplamalıdırlar.
Onu da qeyd edək ki, bağça müdirlərinin işə qəbulu prosesi mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır.
|
|
04.06.2024 | 11:08 | |
|
|
|