Ödənişli təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında pulsuz oxuyacaqlar
Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, hazırda birinci kursda ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarına qəbul olduqda təhsil haqqı xərclərindən tam azad olunacaqlar.
 
Qeyd edək ki, SABAH qruplarında təhsil ödənişli və ödənişsiz əsaslarla aparılır və yalnız Qarabağ Universitetinin SABAH qruplarına qəbul olacaq ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqından azad olunacaqdır. 
 
2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar:
1. Azərbaycan dili və ədəbiyyat müəllimliyi;
2. İbtidai sinif müəllimliyi;
3. Riyaziyyat müəllimliyi;
4. Xarici dil müəllimliyi (ingilis dili);
5. Hüquqşünaslıq;
6. Beynəlxalq münasibətlər;
7. Maliyyə;
8. Mühasibat.
 
Qarabağ Universitetinin SABAH qruplarını niyə seçməli?
1. Qarabağ Universitetinin ilk tələbəsi olmaq;
2. Ödənişsiz təhsil;
3. Ödənişsiz yataqxana;
4. Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd;
5. Hər bir tələbəyə kompüter; 
6. Müasir maddi-texniki bazası olan universitet kampusu;
7. Yeni məzmunlu təhsil proqramları;
8. Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti; 
9. Beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları;
10. Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi.
 


04.06.2024 | 11:05