Məktəblilərimiz Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər | |
26-31 may tarixlərində Özbəkistanda iki mərhələdən ibarət Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. Olimpiadada Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistandan 135 şagird iştirak edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, ölkəmiz sözügedən olimpiadada 2 komanda ilə uğurla təmsil olunub. Belə ki, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova, 287 nömrəli “Zəkalar”’ liseyinin 8-ci sinif şagirdi Fərhad İskəndər, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili qızıl, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fərhad Hüseynov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 8-ci sinif şagirdi Hüseyn Zeynalov gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Tural Müseyibzadə isə bürünc medal qazanıb.
|
|
03.06.2024 | 20:07 | |
|
|
|