“Uşaq hüquqları aylığı” çərçivəsində sərgi | |
Qubada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində təşkil edilən sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Təhsil şöbəsindən verilən məlumata görə, Bəşir Səfəroğlu adma rayon Mədəniyyət Mərkəzində açılan sərgidə şagirdlərin ailədə uşaq hüquqlarını əks etdirən 50-dən çox rəsm əsəri nümayiş olunub.
Sərginin açılış mərasimində bildirilib ki, aylıq çərçivəsində keçirilən tədbirlər ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.
Sərgi çərçivəsində şagirdlər uşaq hüquqlarını əks etdirən səhnəciklər və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
|
|
11.11.2018 | 12:32 | |
|
|
|