“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsinin nəticələri elan olunub
25 may 2024-cü il tarixində keçirilmiş “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsinin nəticələri elan olunub. Şagirdlər nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər. İkinci mərhələdə ən yüksək nəticə göstərmiş 36 şagird 19-21 iyun tarixlərində Naxçıvan şəhərində təşkil ediləcək final turunda iştirak hüququ qazanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
 
Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.


31.05.2024 | 21:02