Şagirdlərin yay tətili necə dəyərləndirilməlidir?
Beynəlxalq tədqiqatlar və təcrübələr sübut edir ki, şagird təhsil müddətində qazandıqları bilikləri əvvəl öyrəndiklərilə nə qədər çox əlaqələndirərsə, beyində bir o qədər çox neyron şəbəkəsi əmələ gələr. İnformasiyanı emal edən, məlumatları yaddaşda saxlayan şəbəkə-cığır daim aktiv qalar və proses sıx-sıx təkrarlanarsa, cığır bir o qədər açıq olar. Bu həm də yaddaşın assosiv olması ilə bağlıdır. Onu necə işlətdiyimizdən, idarə etdiyimizdən və hansı təsirlərə məruz qoymağımızdan asılı olaraq, onu əhatələyən vəziyyətə uyğunlaşır. Assosiativ öyrənmə isə birbaşa koqnitiv proseslərlə bağlı olur. Koqnitiv proseslərə “diqqət”, “yadına salma”, “öyrənmə”, “yaradıcılıq”, “təşkiletmə”, “müəyyənləşdirmə”, “əsaslındırma”, “iradə” və s. kimi keyfiyyətlər aid edilir. Yəni şagird tədris ili boyunca məktəbdə davamlı olaraq yeni biliklər öyrənir, köhnə bilik-bacarıqları isə dərsin məzmununa uyğun olaraq mütəmadi təkrarlanaraq, yadına salınır. Şagirdlər vaxtlarının daha çoxunu məktəbdə keçirdikləri üçün assosiativ yaddaşı həmin mühitə və öyrənməyə cəmlənir. Qazanılmış biliklərlə nə qədər çox assosasiya edilərsə, daha yaxşı yadda qalar və şagirdlərin akademik göstəriciləri hər zaman yüksək olar.
 
"Azərbaycan müəllimi" məqaləni təqdim edir. Müvafiq keçidə daxil olmaqla məqalənin tam versiyası ilə tanış ola bilərsiniz.
 
Qeyd edək ki, məqalədə yay tətili müddətində təhsildən uzaqlaşan şagirdlərin üzləşdiyi akademik bilik itkisi hallarından, yay öyrənmə itkisinin qarşısının alınması məqsədilə “Yay fəaliyyət proqramı”nın hazırlanmasının vacibliyindən bəhs edilir. Şagirdlərin bilik və bacarıqlarının inkişafına yönəlmiş proqramda valideynlərin və müəllimlərin istifadə edə biləcəkləri fəaliyyət nümunələri verilib.
 
 


31.05.2024 | 17:19