“Qərənfil” körpələr evi-uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki “Qərənfil” körpələr evi-uşaq bağçasında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.
"Azərbaycan müəllimi"nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, müəllimlər, uşaqlar və valideynlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Qərənfil” körpələr evi-uşaq bağçasının müdiri İradə Rüstəmova qonaqları salamlayıb və Uşaqların Beynəlxalq Müdafiəsi Günü barədə məlumat verib.
Çıxış edən MÜTDA-nın direktor müavini Orxan Abbasov balaca fidanları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. O.Abbasov Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıb.
Tədbirdə balaca fidanlar Azərbaycana, vətənpərvərliyə, uşaqların müdafiəsinə həsr olunmuş şeirlər söyləyib, maraqlı kompozisiyalar, rəqs və mahnılar nümayiş etdiriblər.
|
|
31.05.2024 | 17:21 | |
|
|
|