BDU-nun hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul dayandırılır | |
Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur.
Məlumatı "Azərbaycan müəllimi"nə universitetdən təsdiqləyiblər.
Bildirilib ki, hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub.
Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində yaradılıb. Qrupun məqsədi tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir.
|
|
31.05.2024 | 15:30 | |
|
|
|